Yeniyetmələr arasında atletika üzrə Bakı birinciliyi keçirilir

Yanvarın 17-də Respublika Olimpiya Mərkəzində yeniyetmələr arasında atletika üzrə Bakı birinciliyinə start verilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə keçirilən yarışda atletlər qaçış, tullanma və atma növlərində qüvvələrini sınayırlar.

SİA-nın məlumatına görə, çempionatda paytaxtın 10 komandasından 100-ə yaxın atlet birincilik uğrunda mübarizə aparır. Qaliblər federasiya və Baş İdarə tərəfindən diplom və medallarla təltif olunacaqlar.

Birinciliyə yanvarın 18-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə