Pekin 2022-inin xatirə poçt markaları təqdim edilib

Pekində 2022-ci ilin qış Olimpiadasının və Paralimpiadasının talismanlarının təsviri olan xatirə poçt markaları təqdim edilib.

SİA-nın məlumatına görə, seriya iki markadan ibarətdir. Onların hər birində müvafiq olaraq Olimpiadanın və Paralimpiadanın talismanları təsvir edilib. Eyni zamanda, Çin poçtu Oyunların birinci gününün proqramının, bukletin və hədiyyə kitabı ilə markaların təqdimatını keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə