Futbol yığmamız fiziki testdən keçib

Futbol yığmamız fiziki testdən keçib

Bakı Olimpiya Stadionunun süni meydançasında 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının üzvlərindən fiziki test normativləri götürülüb. SİA-nın məlumatına görə, testlər aşağı yaş qrupu üzrə yığma komandaların fiziki hazırlıq üzrə məşqçisi Vladimir Mrdakoviç tərəfindən keçirilib.

İki gün davam edən testlər zamanı futbolçuların güc, dözümlülük, koordinasiya və hündürə tullanmaq keyfiyyətləri yoxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə