AOK-un Olimpiya Oyunları Komissiyasının iclası keçiriləcək

AOK-un Olimpiya Oyunları Komissiyasının iclası keçiriləcək

Yanvarın 17-də İsveçrənin Lozanna şəhərində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadənin sədrliyi ilə Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasının iclası keçiriləcək. SİA-nın məlumatına görə, Milli Olimpiya Komitələrinin Assosiasiyasının (ANOK) baş qərargahında keçiriləcək bu iclasda Avropa idman modeli, “Tokio 2020” Yay Olimpiya Oyunlarına hazırlıq, Avropa Olimpiya Komitəsinin Şamorin iclası, Olimpiya Xartiyasının 40-cı və 50-ci maddələri müzakirə olunacaq məsələlər siyahısındadır.

Qeyd edək ki, komissiyanın üzvlərinə Belarus, İspaniya, İtaliya, Almaniya, Yunanıstan, Kosovo, Polşa, Rusiya, Malta, Norveç, San-Marino, Moldova və Böyük Britaniya kimi ölkələrdən nümayəndələr daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə