Atletika üzrə Bakı çempionatı keçiriləcək

Atletika üzrə Bakı çempionatı keçiriləcək

Yanvarın 17-18-də Respublika Olimpiya Mərkəzində 2005-2006-cı il təvəllüdlü atletlər arasında Bakı birinciliyi keçiriləcək. SİA-nın məlumatına görə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə baş tutacaq yarışda 10 komandadan 100-ə yaxın atlet birincilik uğrunda mübarizə aparacaq.

Qaliblər diplom və medallarla təltif olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə