Dünən Rusiya Federasiyasının daxili siyasəti yeniləndi: hökumət tam şəkildə istefa verdi. Ancaq Vladimir Putin demək olar ki, dərhal baş nazir vəzifəsinə namizəd elan etdi. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin yeni baş nazir olması gözlənilir. Putin bunu Dövlət Dumasına tövsiyə edib və namizədliyin təsdiqinə bu gün baxılacaq.
Mişustin idmanla məşğuldur və xokkeylə birbaşa əlaqəlidir. O özü də bu idman növündə aktiv oynamaqla yanaşı, eyni zamanda Rusiya Xokkey Federasiyasının İdarə Heyətinin üzvü və Mərkəzi Ordu Klubunun nəzarət şurasının üzvüdür.
Mişustininin adını klubun liderlərindən biri kimi Qaqarin Kubokunda da tapmaq olar.
Müəllif: Şiraslan Vəliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB