“Trabzonspor”dan ayrılan futbolçu “Dənizlispor”a keçib

“Trabzonspor”dan ayrılan futbolçu “Dənizlispor”a keçib

Türkiyənin “Trabzonspor” klubu futbolçusu Oqenyi Onazi ilə yollarını ayırıb.

SİA xəbər verir ki, bu barədə Qaradəniz təmsilçisinin rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçuyla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Artıq yarımmüdafiəçinin yeni klubu da bəllidi. O, Super Liqanın digər təmsilçisi “Dənizlispor”a keçib. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 1,5 + 1 illik müqaviləyə imza atıblar.

Nigeriya millisinin də üzvü olan Onazi, 2016-cı ildən “Trabzonspor”da forma geyinirdi. İtaliyanın “Latsio” klubundan transfer olunan yarımmüdafiəçi Trabzon klubunun heyətində 79 oyuna 7 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə