Məsut Özil Arteta haqqında nə deyib?

Məsut Özil Arteta haqqında nə deyib?

“Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil yeni baş məşqçi Mikel Arteta haqda fikirlərini bölüşüb. SİA-nın xəbərinə görə, klubun saytına açıqlamasında o, Artetanın uğurlu seçim olduğunu deyib: “Arteta nə etmək lazım olduğunu bilir, futbolçuları oyunlara çox yaxşı kökləyir. Həm də təvazökar insandır. Bu isə əla keyfiyyətdir. “Arsenal” artıq ənənələrinə qayıdır - top uğrunda mübarizə aparır, topa sahib olmağa çalışır və s. Biz bunlar üzərində daha çox işləməliyik. Artıq komandada hər kəsin üzü gülür. Fikrimcə, Arteta “Arsenal” üçün olduqca doğru seçimdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə