“Sabah” klubu “Akademika Klinçeni” ilə qarşılaşacaq

“Sabah” klubu “Akademika Klinçeni” ilə qarşılaşacaq

Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” komandası hazırlıq çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirəcək. SİA-nın məlumatına görə, komandamız Rumıniyanın “Akademika Klinçeni” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:30-da Belekdəki “Titanik Mardan” stadionunda başlayacaq.

Qarşılaşma “Sabah” futbol klubunun “YouTube” kanalı ilə canlı yayımlanacaq.

Xatırladaq ki, “Sabah” Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununu Macarıstanın “Pakş” komandasına (0:2) qarşı keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə