Azərbaycan yığmasının heyətində dəyişiklik olub

Azərbaycan yığmasının heyətində dəyişiklik olub

Bakıda təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının heyətində dəyişiklik olub. SİA-nın məlumatına görə, “Qəbələ”nin əsas qapıçısı Anar Nəzirov zədələndiyinə görə, klubun müraciəti əsasında Müşviq Nadirov toplanışdan azad edilib. Onun əvəzinə hazırlıq prosesinə “Neftçi”dən Elnur Hüseynov dəvət alıb.

Yanvarın 17-dək Bakıda təlim-məşq toplanışında olacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası hazırlığını yanvarın 18-dən 28-dək Antalyada davam etdirəcək. Komanda yanvarın 22-də “Antalyaspor”un, yanvarın 25-də və 27-də isə Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət təmsilçiləri ilə yoldaşlıq oyunları keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə