"Serrone ilə döyüşəcəyimi söylədim, onunla bir hekayəmiz var. Bu mübarizə məni həyəcanlandırır. Donaldı çox qiymətləndirirəm, o dəfələrlə vuruşub, eyni zamanda ailəli bir adamdır". SİA-nın məlumatına görə, bu sözləri döyüş qabağı İngiltərə mətbuatına açıqlamasında keçmiş UFC çempionu Konor Makqreqor bildirib. O Donald Serrone ilə döyüşndə qazanacağı məbləği də açıqlayaraq bunları deyib:
"Çox yaxşı bir ödəniş olacaq: təxminən 80 milyon dollar. Həbiblə döyüş üçün 50 milyon aldım. Cerrone ilə döyüşümün əsas məqsədi pul uğrunda deyil. Heç bir pul aclığımı dayandıra bilməz. İstədiyim şəkildə yaşamaq istəyirəm. 35 yaşıma çatanda milyarder ola bilərəm. Pulunuz çox olduqda heç bir sərhəd yoxdur: hər şeyi edə bilərsiniz, hər yerə gedin. İndi nə etmək istədiyimi bilirəm və edirəm. Mən yalnız irəli gedirəm, həyatımın ən yaxşı şəklindəyəm: zehni və fiziki olaraq".
Xatırladaq ki, Konor Makqreqorun Donald Serrone ilə UFC 246 orta çəkidəki döyüşü yanvarın 18-də baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB