"Sumqayıt"-"Kaposvar" görüşündə qapılara 7 qol vurulub

"Sumqayıt"-"Kaposvar" görüşündə qapılara 7 qol vurulub

Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən "Sumqayıt" bu gün ilk yoxlama görüşünə çıxıb.
SİA xəbər verir ki, Ayxan Abbasovun komandası Macarıstanın "Kaposvar" klubu ilə qarşılaşıb.

7 qolun vurulduğu matçda macarlar qalib gəlib - 4:3.

Qeyd edək ki, "Sumqayıt" Antalya toplanışı çərçivəsində daha 3 yoxlama görüşü keçirəcək.

14 yanvar

Yoxlama görüşü

16:00. "Sumqayıt" - "Kaposvar" (Macarıstan) 3:4
Qollar: Mehdi Şərifi, 14, Xəyal Nəcəfov, 62, Amil Yunanov, 69
"Miracle" otelinin stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə