Azərbaycan-Özbəkistan oyununun hakimləri müəyyənləşib

Dünya çempionatının elit-raund mərhələsinə hazırlığını Bakıda davam etdirən futzal üzrə Azərbaycan milli komandası yanvarın 21-də və 22-də Özbəkistan yığması ilə yoldaşlıq oyunları keçirəcək. SİA-nın məlumatına görə, hər iki qarşılaşmanı idarə edəcək hakimlər müəyyənləşib.

Bakı İdman Sarayında keçiriləcək birinci oyunun baş hakimi Hikmət Qafarlı olacaq. Ona Anar Fərəcov və Rahin Heybətov kömək edəcəklər. Eyni məkanda təşkil olunacaq ikinci oyun isə Əli Cəbrayılova tapşırılıb. Knyaz Əmiraslanov və Fuad Həsənov köməkçi hakim funksiyasını yerinə yetirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...