Antalyada təlim-məşq toplantısı çərçəvəsində keçirdiyi ikinci yoldaşlıq oyununda Türkiyə Superliqasının "Bucaspor" klubu ilə qarşılaşan "Bakı" 4:1 hesablı qalibiyyət əldə edib. Siasport.az saytı xəbər verir ki, komandanın qollarına Adnan Bərəkət, Saşa Kaykut, Ruslan Leviqa və Leonardo Roşa imza atıblar.
"Bucaspor"-"Bakı" 1:4
QOLLAR: 8. Adnan Bərəkət, 20. Abdulkadir, 72. Saşa Kaykut, 77. Ruslan Leviqa 90. Leonardo Roşa
Xatırladaq ki, "İstanbul Böyükşehir Belediyespor"la baş tutan ilk yoxlama oyunu 1:1 hesablı heç-heçə ilə başa çatmışdı.
Komanda sabah Bakıya dönəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB