Asmir Beqoviçin “Milan”a keçidi rəsmiləşib

Asmir Beqoviçin “Milan”a keçidi rəsmiləşib

Mövsümün ilk yarısını icarə əsasında “Qarabağ”da çıxış edən "Bornmut"un qapıçısı Asmir Beqoviçin “Milan”a keçidi rəsmiləşib.
SİA xəbər verir ki, klubun saytı bosniyalı qolkiperlə iyunun 30-na kimi müqavilə imzalandığını açıqlayıb. O, İtaliya nəhəngində də icarədə oynayacaq.
Təcrübəli qolkiper sabahdan etibarən yeni komandasının düşərgəsinə qoşulacaq. Yanvarın 16-da isə “Milan” onun üçün təqdimat mərasimi və mətbuat konfransı təşkil edəcək

Qeyd edək ki, 32 yaşlı qapıçı Ağdam klubunda 17 oyun keçirib və 16 qol buraxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə