“Yuventus”un türkiyəli futbolçusu zədələnib

“Yuventus”un türkiyəli futbolçusu zədələnib

İtaliyanın “Yuventus” futbol klubunun türkiyəli müdafiəçisi Merih Demiral zədələnib. Çempionatın 19-cu turunda “Roma” (1:2) ilə görüşün 3-cü dəqiqəsində fərqlənən 21 yaşlı müdafiəçi 19-cu dəqiqədə zədələnərək, yerini Matteys de Liqtə verib. Top uğrunda hava mübarizəsindən sonra yerə uğursuz eniş edən Merihin əzələ yırtığı olması ehtimalı var. Daha dəqiq diaqnoz bu gün tibbi müayinədən sonra bəlli olacaq.

Qeyd edək ki, həmin qarşılaşmada “Roma”nın yarımmüdafiəçisi Nikolo Zaniolo da sıradan çıxıb. Zaniolo isə Cengiz Ünderlə əvəzlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə