Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətin nəzərinə çatdırır ki, “Formula 1 Dünya Çempionatının 70 illiyi” və “Formula 1 Azərbaycan Qran Prisinin 5 illiyi” münasibətilə bir sıra istiqamət üzrə keçirilən müsabiqə yanvarın 31-də başa çatacaq. Əməliyyat şirkəti maraqlı şəxsləri vaxt qurtarmadan tezliklə müsabiqədə iştirak etməyə dəvət edir. SİA-nın verdiyi xəbərə görə, müsabiqə məqalə, videoreportaj və foto istiqamətləri üzrə keçirilir. Arzuedənlər əsərlərini elektron formada [email protected] e-mail ünvanına “Multimedia müsabiqəsi” başlığı ilə göndərməlidirlər. Müsabiqənin şərtləri barədə ətraflı məlumatı aşağıdakı müvafiq keçidlərdən əldə edə bilərsiniz.
Məqalə müsabiqəsinə yalnız yerli çap və ya onlayn mediada müsabiqə elanından sonra yayımlanmış məqalələr təqdim oluna bilər: http://bit.ly/2QKZtDE
Videoreportaj müsabiqəsi yalnız televiziya jurnalistləri və bloqerlərə açıqdır: http://bit.ly/36UptlW
Foto müsabiqəsində bütün fotoqraflar iştirak edə bilərlər: http://bit.ly/2R9fXEQ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB