Voleybolçularımız 2021-ci il Avropa çempionatında iştirak edəcək

Voleybolçularımız 2021-ci il Avropa çempionatında iştirak edəcək

Avropa Voleybol Konfederasiyası 2021-ci ildə qadınlar və kişilər arasında keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək komandaların adlarını açıqlayıb.

SİA-nın məlumatına görə, qadın voleybolçular arasında çempionatın final mərhələsində Azərbaycan ilə yanaşı, Serbiya, Bolqarıstan, Xorvatiya, Rumıniya (ev sahibləri), Türkiyə, İtaliya, Polşa, Niderland, Almaniya, Rusiya və Belçika komandaları iştirak edəcəklər.

Kişi voleybolçular arasında final yarışında Polşa, Çexiya, Finlandiya, Estoniya (ev sahibləri), Serbiya, Sloveniya, Fransa, Rusiya, İtaliya, Ukrayna, Almaniya və Belçika güclərini sınayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə