Riqadakı hava atletikası yarışlarındakı qəza dedektivə çevrildi. Rus gimnastı 8 metr yüksəklikdən yıxıldı və yıxılmasına səbəb olan kabel izsiz itdi. Onurğası sından və artıq mürəkkəb bir əməliyyat keçirən idmançının özü susmağa çalışır.
Riqada rəsmi olaraq tanınmayan Hava atletikası üzrə beynəlxalq turnirin arenasında hündürlükdən yıxılan Yevgeniya Asonova onurğa və beyin xəsarəti ilə qismən iflic olub.
İnternetdə yayılan vidoda yıxıldıqdan dərhal sonra "Kürəyim ağrıyır! Bir şey et!" - deyə Yevgeniya qışqırır.
Tibbi komandanın orda olmaması - təhlükəli intizam üzrə dünya çempionatı üçün ağlasığmaz bir həqiqətdir.
Deyilənlərə görə təşkilatçılar zədələnmiş bütün avadanlıqları gizlədib, "cinayət işi" təhqiqatında isə polisə yeni kabellər göstəriblər.
Cərrahlar Yevgeniya Asonovanın həyatını xilas edərkən, yarışın təşkilatçıları, xüsusən də Vyaçeslav Litvyak, idmançıya şübhəli sənədlər imzalamağı təklif etməsi iddia olunur..
Rusiya Hava Atletika Federasiyası isə bütün bunları təkzib etdi: "Biz rəsmi olaraq bildiririk ki, federasiya nümayəndələri heç bir təzyiq göstərməyiblər. Səssizlik müqabilində şantaj və pul təklif etməyiblər."
Hazırda Yevgeniya Moskvadakı "Seçenovskiy Universiteti"nin reabilitasiya mərkəzinə köçürülüb.
Hava Atletika Federasiyasının nümayəndələri hələ də iflic olan qıza baş çəkməyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB