Serxio Aquera İngiltərə Premyer Liqasında ən çox qol vuran legioner olub
İngiltərənin "Mançester Siti" klubunun ölkə çempionatında "Aston Villa"nı böyük hesabla məğlub (6:1) etməsi komandanın futbolçusu Serxio Aquera üçün də əlamətdar olub.
SİA xəbər verir ki, argentinalı hücumçu həmin oyunda üç dəfə fərqlənərək Premyer Liqada 177-ci qolunu vurub. O, bu göstəriciyə görə "Arsenal" klubunun əfsanəvi futbolçusu Tyeri Anrini qabaqlayıb.
Qeyd edək ki, "Mançester Siti" lider "Liverpul"dan 14 xal geri qalaraq 48 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB