“Neftçi” daha bir futbolçusuyla yollarını ayırıb.
SİA "matc.az" saytına istinadən xəbər verir ki, ukraynalı müdafiəçi Kiril Petrov paytaxt klubundan ayrılıb.
Bir müddət əvvəl ailəsindəki şəxsi problemləri ilə əlaqədar ölkəsinə yollanan təcrübəli müdafiəçinin ayrılığı özünün istədiyi bildirilir. Paytaxt klubunun rəhbərliyi də 33 yaşlı futbolçunun mövsümün sonuna qədər olan müqaviləsinə xitam verməli olub.
“Neftçi” hələlik bu ayrılığı təsdiqləməyib. Amma qısa zamanda klubun rəsmi açıqlama yayması gözlənilir.
Xatırladaq ki, “Neftçi” bu qış fasiləsində Rauf Əliyevlə də müqaviləyə xitam vermişdi. Təcrübəli forvard artıq “Səbail”lə müqavilə bağlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB