Eddi İsrafilovun komandası İspaniya kubokunda mübarizəni dayandırıb

Eddi İsrafilovun komandası İspaniya kubokunda mübarizəni dayandırıb

Millimizin üzvü Eddi İsrafilovun çıxış etdiyi "Albasete" İspaniya kubokunda 1/32 final mərhələsinin oyununa çıxıb.

SİA xəbər verir ki, komanda səfərdə Sequnda B təmsilçisi "İbiza-Eivissa" ilə qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada da hesab dəyişmədiyi üçün qalib penaltilər seriyasında müəyyənləşib. "İbiza-Eivissa" penaltilərdə 5:3 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib

Eddi start heyətdə meydana daxil olub və 58-ci dəqiqədə əvəzlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə