İngiltərə çempionatı: "Liverpul"un məğlubiyyətsizliyi davam edir

İngiltərə çempionatı: "Liverpul"un məğlubiyyətsizliyi davam edir

Futbol üzrə İngiltərə Premyer Liqasında 22-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, turun əksər görüşləri şənbə gününə təsadüf edib.

“Çelsi” bu turda “Bernli”ni, “Mançester Yunayted” isə “Norviç”i sınağa çəkib. Hər iki oyunda favorit göstərilən meydan sahibləri darmadağına sevinib.

Turun mərkəzi görüşündə lider “Liverpul” Londonda “Tottenhem”lə üz-üzə gəlib. Yurgen Kloppun çalışdırdığı qonaqlar Joze Mourinyolu paytaxt təmsilçisini səfərdə məğlub edib. “Arsenal” səfərdə “Kristal Pelas”la heç-heçəyə razılaşıb. “Lester” isə evdə “Sauthempton”a məğlub olub.

İngiltərə Premyer Liqası

22-ci tur

10 yanvar

Şeffild Yunayted – Vest Hem 1:0

Qol: Makbörni, 53.

11 yanvar

Kristal Pelas – Arsenal 1:1

Qol: Ayyu, 54 – Obameyanq, 12.

Çelsi – Bernli 3:0

Qol: Jorjinyo, 27. Abraham, 38. Hadson-Odoi, 49.

Everton – Brayton 1:0

Qol: Riçarlison, 38.

Lester – Sauthempton 1:2

Qol: Praet, 14 – Armstronq, 19. İnqs, 81.

Mançester Yunayted – Norviç 4:0

Qol: Reşford, 27; 52. Marsyal, 54. Qrinvud, 76.

Vulverhempton – Nyukasl 1:1

Qol: Dendonker, 14 – Almiron, 7.

Tottenhem – Liverpul 0:1

Qol: Firmino, 37.

12 yanvar

18:00 Bornmut – Uotford

20:30 Aston Villa – Mançester Siti

Bütün xəbərlər Facebook səhifəmizdə