Məşhur aktyorlardan bəziəri kino xatirinə peşəkar idmanı tərk edib. SİA-nın hazırladığı siyahıdakı bir çox aktyorun peşəkar idmançı adını layiq olmadığına deyənlər də var. Amma bu onların fikridir və düşüncələr fərqli olur.
Aktyorlardan bəziləri gəncliyində idmanla məşğul olmağı dayandırdı, kimsə yarışlarda iştirak etdi və bir çox filmlərdə rol aldı. Bunlarla yanaşı həm idman, həm də aktyorluq işində uğur qazanlar da olub.
Brüs Li (32 yaşında öldü)
Qısa ömrünə baxmayaraq, özündə böyük bir iz buraxmağı bacarıb. Yüzlərlə filmdə görünməsə də, onu böyük aktyor hesab etmək olar.
Brüs Li məktəbdə idmana həvəsli olub. Ancaq xüsusilə 1954-cü ildən etibarən idmanla, yəni kung fu ilə məşğul olmağa başlayıb. O “Yumruğun qəzəbi” kimi filmlər sayəsində populyarlaşıb. Sonradan cüdo, cüdju və boksla məşğul olub. Yarışlarda iştirak etməsə də idman nailiyyətlərinin sahibidir. O öz çevikliyi və zərbələrinin gücü ilə fərqlənib.
Duyen Conson (47 yaş)
İndi onu məşhur aktyor kimi tanımayan insan tapmaq çətindir. Duyen Conson əla aktyordur, onun hər hansı bir döyüş filmi də yaxşı bir yumorla nəticələnir.
Fiziki forması sayəsində populyarlığını təkcə kinoda yox, daha əvvəl rinqdə də əldə etdib.
Müxtəlif versiyalarda birdən çox dünya çempionu və bir çox titulların sahibidir: 8 dəfə WWF / E çempionu, WCW-nin 2 qat çempionu, WWF-in 2 qat qitələrarası çempionu və WWF komandasının 5 qat çempionudur. O, eyni zamanda “Üçlü Tac”ın altıncı çempionu və “2000 Kral Döyüşü”nün qalibidir. O yarışlarda "Qaya" təxəllüsü ilə çıxış edib.
Duyen güləşdən əvvəl Amerika futbolunda kifayət qədər uğurla iştirak edirdi və hətta komandası ilə milli çempionatı da qazanıb.
Ceyson Stethem (52 yaş)
Bu aktyor indi də ən populyarlar sırasındadır. Onun iştirakı ilə çəkilən filmlərə çox maraqlı və dinamikdirlər.
Hər filmdə qüsursuz döyüş sənətləri nümayiş etdirir. Məktəbdən döyüş sənəti ilə maraqlanıb və bu sahədə mütəxəssisdir. Ceyson Stethem Ciu-Citsu ilə məşğul olub.
Daha sonra o 12 il ərzində dalğıc olaraq İngiltərə millisinin üzvü olub. Lakin idmançılarla işləyən bir reklam agenti onu “cins” reklamına çəkilməyə dəvət edib. Sonra isə reklam etdiyi şirkətin sahibi onu "Kartlar, pullar, iki çəngəl" filminə çəkib.
Cet Li (56 yaş)
O uğurlu aktyor karyerasına da malikdir. Həm 80-90-cı illərin filmindən, həm də müasir dövrün filmlərindən xatırlanır.
Ancaq, əsl peşəkar idman növündən ayrılıb. Cet Li 9 yaşında milli Uşu çempionatında iştirak edib və "Ən yaxşı usta" mükafatını qazanıb. 1974-cü ildə milli uşu komandasına daxil olub və 1975-ci ildə üçüncü milli Uşu çempionluğunu qazanıb. Elə həmin il Pekində keçirilən üçüncü çempionatda 4 qızıl medalın sahibi olub. 1978-79-cu illərdə də milli çempionatlarda da qələbələr qazandıb.
Yarışlarda rejissorlar onu gördüb filmlərdə çıxış etməyi təklif ediblər. Gördüyümüz kimi burada özünü dərk edə bildi və aktyor olaraq döyüş filmlərində uğurlar qazanıb.
Stiven Siqal (67 yaş)
O təkcə kinoda döyüş sənəti ilə məşğul olmayan, həm də peşəkarlıqla məşğul olan aktyorlar siyahısındadır.
Stiven Siqal 7 yaşında ikən karate ilə məşğul olmağa başlayıb. Sonra həyatını aykido ilə bağlayaraq ustalığın şixan dərəcəsinə yüksəlib. O 17 yaşında böyük ustalarla məşq etmək üçün Yaponiyaya köçüb və burada aikido idmanı növü üzrə 7-ci daun qara kəmərədək yüksəlib.
1982-ci ildə Kendo ustası Onoxa Ittoro onu Yapon qılıncoynatma mütəxəssisi kimi filmə çəkilməyə dəvət etdib. Həmin filmdən sonra Stiven Siqalın aktyor olaraq karyerası uğurla davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB