Nurməhəmmədov döyüş qabağı yeni afişa sərgiləyib

Nurməhəmmədov döyüş qabağı yeni afişa sərgiləyib

Rusiyalı MMA döyüşçüsü Həbib Nurməhəmədov, amerikalı Toni Ferqusonla döyüş üçün yeni bir afişa nəşr etdi. SİA-nın məlumatına görə, növbəti afişa məşhur və populyar "Taxtların Oyunu" seriyalı üslubunda hazırlanmışdır.
Afişada Nurməhəmmədov Ferqusona tərəf gedir. Bunun arxasında Həbibin 2018-ci ildə məğlub etdiyi irlandiyalı Konor Makqreqor durur.

UFC prezidenti: "Nurməhəmmədov və Ferquson əsl kəmər uğrunda mübarizə aparacaqlar" cümləsi ilə təsvir olunub.

"Yenidən tarix edək" deyən Nurməhəmmədov fotoya imza atıb.

Xatırladaq ki, Nurməhəmmədov və Ferquson arasındakı döyüş aprelin 18-də UFC 249 turnirində baş tutacaq.

Müəllif: Şiraslan Vəliyev

Bütün xəbərlər Facebook səhifəmizdə