“Şeffild Yunayted” “Vest Hem”i məğlub edib

“Şeffild Yunayted” “Vest Hem”i məğlub edib

İngiltərə Premyer Liqasında 22-ci tura start verilib.

SİA xəbər verir ki, turun açılış matçında “Şeffild Yunayted” “Vest Hem”i qəbul edib. Meydan sahibləri bu oyunda minimal hesabla qalib gəliblər.

Turun mərkəzi görüşündə bu gün lider “Liverpul” Londonda “Tottenhem”lə üz-üzə gələcək.

10 yanvar

İngiltərə Premyer Liqası, 22-ci tur

"Şeffild Yunayted" – "Vest Hem" - 1:0
Qol: Makbörni, 53.

11 yanvar

16:30 "Kristal Pelas" – "Arsenal"

19:00 "Çelsi" – "Bernli"

19:00 "Everton" – "Brayton"

19:00 "Lester" – "Sauthempton"

19:00 "Mançester Yunayted" – "Norviç"

19:00 "Vulverhempton" – "Nyukasl"

21:30 "Tottenhem" – "Liverpul"

12 yanvar

18:00 "Bornmut" – "Uotford"

20:30 "Aston Villa" – "Mançester Siti"

Turnir cədvəlinə 58 xalla "Liverpul" başçılıq edir. "Lester" 45 xalla 2-ci, "Mançester Siti" 43 xalla 3-cü, "Çelsi" 36 xalla 4-cü, "Şeffild Yunayted" 32 xalla 5-cidir.

Bütün xəbərlər Facebook səhifəmizdə