İsveçrənin Lozanna şəhərində Yeniyetmələrin Qış Olimpiya Oyunlarının təntənəli açılış mərasimi keçirilib.
SİA-nın məlumatına görə, açılış mərasimində Azərbaycan nümayəndə heyəti də iştirak edib.
Yeniyetmələrin Qış Olimpiya Oyunlarına ilk dəfə qatılan Azərbaycan komandasını fiqurlu konkisürmə yarışlarında Yekaterina Ryabova təmsil edəcək. Y.Ryabova yanvarın 11-də və 13-də mübarizə aparacaq.
Azərbaycan nümayəndə heyətinin tərkibinə, həmçinin MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibin müavini Azər Əliyev və Azərbaycan Qış İdman Növləri Federasiyasının vitse-prezidenti Rauf Xəlilov daxildir.
Yarış yanvarın 22-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB