Azərbaycanın şpaqa üzrə kişilərdən ibarət milli komandasının üzvləri Almaniyanın Haydenhaym şəhərində keçirilən dünya kubokunun mərhələ yarışında iştirak edirlər. SİA-nın məlumatına görə, turnirin ilk günündə kişilərin şəxsi yarışında mübarizəyə start verilib.
Qılıncoynadanlarımızdan qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-nü qalib başa vuran Kənan Əliyev pley-off mərhələsinin ilk görüşündə Mərakeş təmsilçisi Houssam Elkorda 15:11 hesabı ilə qalib gəlib. İdmançımız 1/64 final mərhələsinə yüksəlmək üçün keçirilən görüşdə Koreya Respublikasından olan idmançı Sonq Jae Hoya 11:15 hesabı ilə uduzub.
Qrup mərhələsini 3 qələbə ilə başa vuran Ruslan Həsənov isə pley-offda Ukrayna idmançısı Maksim Xvorosta 9:15 hesabı ilə məğlub olub. Qrupda cəmi 1 qələbəsi olan Xalid Əliyev və Barat Quliyev isə mübarizəni erkən dayandırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB