Azərbaycan 21 yaşadək futbolçulardan ibarət yığması martıın 26-da İspaniyanın Marbelya şəhərində növbəti yoldaşlıq oyunu keçirib.
SİA-nın AFFA-nın saytına istinadla xəbər verir ki, UD Marbelya komandası ilə qarşılaşan yığmamız 4:0 hesabı ilə qələbə qazanıb. Qolları Cavid İmamverdiyev (39-cu dəqiqə), Emin Mustafayev (77-ci dəqiqə), Emin Mehdiyev (79-cu dəqiqə) və Kamil Nurəhmədov (85-ci dəqiqə) vurublar.
Qeyd edək ki, yığmamız Marbelya şəhərində martın 24-də keçirdiyi yoldaşlıq oyununda Qvineyanın U-21 komandasını 1:0 hesabı ilə məğlub etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB