Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçiriləcək

Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçiriləcək

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunların keçirilmə yeri və başlama vaxtı dəqiqləşib.

SİA-nın məlumatına görə, birinci dövrənin növbəti matçı yanvarın 10-da təşkil olunacaq. Həmin gün saat 17:00-da “MOİK” “Murov”u sınağa çəkəcək. Görüş Azərbaycan Voleybol Mərkəzində keçiriləcək.

Ertəsi gün “Neftçi” “Express”lə münasibətinə aydınlıq gətirəcək. Bu qarşılaşmaya isə FHN-nin idman zalı ev sahibliyi edəcək. Görüşün start fiti saat 14:00-da veriləcək.

Qeyd edək ki, bu oyunlaradək “Neftçi” “Murov”a, “MOİK” “Azərreyl”ə 3:0 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə