İsveçrənin Lozanna şəhərində keçiriləcək Yeniyetmələrin III Qış Olimpiya Oyunlarının təntənəli açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə,Lozanna 2020-də yarışan 79 Milli Olimpiya Komitəsinin 79 bayrağından ibarət olan komandaları gurultulu alqışlarla stadiona daxil olublar. Stadionun müxtəlif nöqtələrindən canlı yayımlanan mərasimdə 225 idmançı ilə yanaşı incəsənət kollektivləri də gecənin təntənəli keçməsində iştirak ediblər.
15-18 yaşlı 1872 idmançının mübarizə aparacağı Oyunların proqramına əsasən, bu il ilk dəfə olaraq yarışacaq qız və oğlan atletlərin sayı bərabərdir.
Azərbaycan, Albaniya, İtaliya, Pakistan, Qətər, Sinqapur və digər ölkələrdən gələn və 79 Olimpiya Komitəsini təmsil edən qonaqları Cenevrə aeroportunda Oyunların rəsmi talismanı ilə Lozanna rəsmiləri qarşılayıblar.
İtaliya təmsilçiləri San-Marino bayrağı altında çıxış edəcəklər. Onlar 69 nəfərlik heyətlə təmsil olunublar.
Oyunlar yanvarın 22-də yekunlaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB