İspaniya Superkubokunun ikinci finalçısı "Atletiko Madrid” olub

İspaniya Superkubokunun ikinci finalçısı "Atletiko Madrid” olub

İspaniya Superkubokunun ikinci yarımfinal oyunu keçirilib.

SİA xəbər verir ki, ikinci oyunda “Barselona” “Atletiko Madrid” komandası ilə üz-üzə gəlib.

“Kinq Abdullah Sports City” stadionunda keçirilən görüşdə Madrid təmsilçisi 3:2 hesab ilə qələbə qazanıb.

Oyunda hər beş qol ikinci hissədə vurulub.

Görüşün 46-cı dəqiqəsində Koke “Atletiko”nu hesabda önə keçirib - 0:1. Qoldan beş dəqiqə sonra Lionel Messi hesabı bərabərləşdirib - 1:1. Matçın 62-ci dəqiqəsində Antuan Qrizman köhnə komandasının qapısına yol taparaq “Barselona”nı hesabda irəli çıxardıb - 2:1.

Qarşılaşmanın 81-ci və 86-cı dəqiqələrində Madrid təmsilçisi ardıcıl iki qol vuraraq İspaniya Superkubokunun finalına yüksəlib. Alvari Moratta və Anxel Korea komandaların vacib qolların vurublar.

Madridlilər finalda “Real Madrid” klubu ilə qarşılaşacaq.

“Real Madrid” yanvarın 8-də “Valensiya” klubunu 3:1 hesabı ilə məğlub edərək finala yüksəlmişdi.

Qeyd edək ki, İspaniya Superkuboku Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilir.

Turnirin final görüşü yanvarın 12-də reallaşacaq. Həlledici görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə