Niderlandda yanvarın 11-də dünyanın ən mötəbər turnirlərindən biri hesab olunan Veyk-an Zee şahmat festivalı (“Tata Steel Chess 2020”) start götürəcək.
SİA-nın məlumatına görə, artıq 82-ci dəfə keçiriləcək turnirin iştirakçılarının yekun siyahısı məlum olub. Keçən il iki şahmatçımızın çıxış etdiyi “Tata Steel Masters” yarışında bu dəfə ölkəmiz təmsil olunmayacaq. Şahmatçılarımız B və C turnirlərində iştirak edəcəklər. Belə ki, Rauf Məmmədov B, Aydın Süleymanlı və Əhməd Əhmədzadə isə C qruplarında mübarizə aparacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB