Memorial turnirin ilk qalibləri məlum olub

Memorial turnirin ilk qalibləri məlum olub

Hər il olduğu kimi Azərbaycanın tanınmış şahmat məşqçisi, Respublika Şahmat Mərkəzinin ilk direktoru, şahmat turnirlərinin peşəkar təşkilatçısı Fuad Cəfərovun xatirəsinə həsr edilən ənənəvi memorial keçirilir. SİA-nın məlumatına görə, builki turnirə Azərbaycan, İran, Rusiya, Birləşmiş Ərəb Əmirliklərindən 100-dən çox şahmatçı qatılıb. Festival üç qrup - A (qrossmeyster və beynəlxalq usta), B (Open) və C (uşaqlar) üzrə keçirilir. Bundan əlavə, festival çərçivəsində rapid və blits yarışları da təşkil olunub.

Artıq, blits yarışı və uşaq turniri başa çatıb. Blits turnirində ümumi nəticələrə görə birinci yeri 12,5 xalla İran komandası tutub. Sonrakı iki pillədə 9,5 və 9 xalla Azərbaycan komandaları qərarlaşıblar. Bu gün, həmçinin uşaq turnirinə yekun vurulub. Azərbaycan komandasının üzvü Tunar Davudov 12 yaşlı oğlanların (7 xal), Ayan Hüseynli (5 xal) isə qızların mübarizəsində birinci yeri tutublar. Doqquz yaşlıların turnirində isə oğlanlar arasında Murad Xəlilzadə (6 xal), qızlardan Dinarə Hüseynova (4 xal) qalib olublar.

Xatirə turnirinə yanvarın 11-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə