İspaniya superkubokunda ilk finalçı “Real” oldu

İspaniya superkubokunda ilk finalçı “Real” oldu

İspaniya superkubokunda ilk finalçı müəyyənləşib.

SİA xəbər verir ki, yarımfinalda Madrid “Real”ı “Valensiya” ilə qarşılaşıb.

Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən görüşdə qapılara dörd qol vurulub. “Real” 3:1 hesabı ilə qalib gələrək finala yüksəlib.

Digər yarımfinal görüşü isə bu gün “Barselona” ilə Madrid “Atletiko”su arasında olacaq.


"Valensiya" – "Real" - 1:3
Qol: Kroos, 15 (0:1), İsko, 39 (0:2), Modriç, 66 (0:3), Parexo, 90+2-pen. (!:3)

9 yanvar

23:00. "Barselona" - "Atletiko"

Bütün xəbərlər Facebook səhifəmizdə