Sarri: Mən görürəm ki, Ronaldo, nəhayət xoşbəxtdir

Sarri: Mən görürəm ki, Ronaldo, nəhayət xoşbəxtdir

"Yuventus"un baş məşqçisi Maurisio Sarri futbolçusu Kriştiano Ronaldonun durumu haqda danışıb.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, 34 yaşlı hücumçunun dizində artıq probleminin qalmadığını deyib: "Ronaldonun dizində artıq problemi yoxdur. Fiziki və zehni cəhətdən əladır. Mən görürəm ki, o, nəhayət, xoşbəxtdir. Ən yaxşı oyununu nümayiş etdirə bilər".

Qeyd edək ki, portuqaliyalı ulduz 2018-ci ilin yayından "qoca senyora"nın formasını geyinir.

Bütün xəbərlər Facebook səhifəmizdə