Karate üzrə böyüklərdən ibarət əsas milli komandamız 2020-ci il mövsümündə mübarizəyə başlayır. SİA-nın məlumatına görə, qadınlardan ibarət komandanın lideri İrina Zaretska (68 kq) yanvarın 10-12-də Çilinin paytaxtı Santyaqoda keçiriləcək Karate 1 Seriya A turnirində iştirak edəcək. Dünya və Olimpiya reytinqinin birincisi İ.Zaretska bu turnirdə qadınlardan ibarət komandanın baş məşqçisi Denis Morozovun rəhbərliyi ilə mübarizə aparacaq.
Dünya Karate Federasiyasının (WKF) bu nüfuzlu turnirinə 65 ölkədən 466 karateçi qatılacaq. Yarışın hər mərhələsi idmançılara Olimpiya reytinq xalları qazandıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB