“Mançester Yunayted” əzəli rəqibinə uduzub

“Mançester Yunayted” əzəli rəqibinə uduzub

Futbol üzrə İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinə start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“Mançester Yunayted” finala vəsiqə uğrunda “Mançester Siti” ilə mübarizə aparıb. Bu komandalar arasında MY-nin meydanında baş tutan ilk görüş qonaqların inamlı qələbəsiylə başa çatıb.

Digər yarımfinal görüşü “Lester Siti” ilə “Aston Villa” arasında keçiriləcək.

Cavab qarşılaşmaları yanvarın 28-29-da keçiriləcək.

İngiltərə Liqa Kuboku

Yarımfinalın ilk oyunları

7 yanvar

Mançester Yunayted - Mançester Siti 1:3

Qol: Reşford, 70 – B.Silva, 17. Mahrez, 33. A.Pereyra, 39-öz qapısına.

8 yanvar

00:00. Lester Siti - Aston Villa

Bütün xəbərlər Facebook səhifəmizdə