İcarə müddəti başa çatmamamış “Başakşehir”in yolları ayırdığı Arda Turan müqavilə ilə məxsus olduğu "Barselona"ya qayıtmayacaq. Bu barədə İspaniyanın "Marca" qəzeti məlumat yayıb.
Kataloniya təmsilçisi türkiyəli yarımmüdafiəçiyə özünə yeni klub axtarmağı tövsiyyə edib. Ardanın özünün də artıq “Barselona” kimi bir komandada oynamaq şansının olmadığını başa düşərək oraya qayıtmaq istəmədiyi bildirilir.
Qeyd edək ki, bu ilin iyununa qədər "Barselona" ilə müqaviləsi olan Arda Turanın sabiq komandası "Qalatasaray"a qayıdacağı da iddia edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB