“Roma” futbolçusu Aleksandr Kolarovla müqaviləni yeniləyib. Klubun saytında yer alan məlumatda deyilir ki, 34 yaşlı müdafiəçi daha bir il paytaxt təmsilçisində çıxış edəcək. Yeni müqaviləyə əsasən, Kolarov 2021-ci ilin yayına qədər “canavarlar”ın uğurları üçün çalışacaq. Onun əvvəlki sözləşməsi bu mövsümün sonuna qədər idi.
Qeyd edək ki, serbiyalı futbolçu 2017-ci ilin yayında "Mançester Siti"dən “Roma”ya keçib. O, paytaxt təmsilçisində 113 oyuna çıxıb, 17 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB