“Roma” doğma meydanda uduzdu, “Latsio” qalib gəldi

“Roma” doğma meydanda uduzdu, “Latsio” qalib gəldi

Futbol üzrə İtaliya A Seriyasında 18-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib.

Turun açılış matçında “Latsio” səfərdə “Breşiya”nın qonağı olub və növbəti 3 xalı hesabına yazdırıb. Paytaxtın digər təmsilçisi “Roma” isə doğma azarkeşləri qarşısında “Torino” ilə üz-üzə gəlib və 2 cavabsız qolla uduzub. SPAL-ın evdə “Verona”ya uduzduğu gündə “Cenoa” da “Sassuolo” üzərində qələbəyə sevinib.

İtaliya A Seriyası

18-ci tur

5 yanvar

Breşiya – Latsio 1:2

Qol: Balotelli, 18 – İmmobile, 42-pen; 90+1.

SPAL – Verona 0:2

Qol: Patsini, 14. Stepinski, 86.

Cenoa – Sassuolo 2:1

Qol: Krişito, 29-pen. Pandev, 86 – Obianq, 33.

Roma – Torino 0:2

Qol: Belotti, 45+2; 86-pen.

6 yanvar

15:30 Bolonya – Fiorentina

18:00 Milan – Sampdoriya

18:00 Atalanta – Parma

18:00 Yuventus – Kalyari

21:00 Leççe – Udineze

23:45 Napoli – İnter

Bütün xəbərlər Facebook səhifəmizdə