Azərbaycan millisinin lisenziya turniri üçün HEYƏTİ

Azərbaycan millisinin lisenziya turniri üçün HEYƏTİ
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının heyəti dəqiqləşib. SİA-nın xəbərinə görə, baş məşqçi Vasif Talıbov 11 günlük təlim-məşq toplanışının yekununa əsasən Niderlandda keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirində güvənəcəyi oyunçuları müəyyənləşdirib. Yanvarın 7-12-də Apeldorn şəhərində baş tutacaq yarışda kapitan Odina Əliyeva ilə yanaşı, əsas blokçu Olena Həsənova da oynamayacaq. Azərbaycan millisinin heyəti Toppaylayıcılar: 14. Kristina Yaqubova, 18. Şəfaqət Alışanova, Blokçular: 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 22. Mariya Kirilyuk Hücumçular: 3. Anastasiya Qurbanova, 4. Nelli Salbişvili, 8. Yelizaveta Səmədova, 10. Nikalina Başnakova, 17. Polina Rəhimova, 20. Marqarita Əzizova Liberolar: 16. Yuliya Kərimova, 19. Bəyaz Alıyeva, Baş məşqçi: Vasif Talıbov Məşqçilər: Famil Ağayev, Eldar Yusubov Qeyd edək ki, yığmamız yarışda A qrupunda mübarizə aparacaq. Komandamız Niderland, Polşa və Bolqarıstanla qüvvəsini sınayacaq. B qrupunda isə Türkiyə, Almaniya, Belçika və Xorvatiya voleybolçuları güclərini yoxlayacaqlar. Reqlamentə əsasən, qrupda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Burada çarpaz olaraq üz-üzə gələcək yığmalar ardınca finalçını müəyyənləşdirəcəklər. Həlledici görüşdə isə Tokio-2020 Yay Olimpiya Oyunlarında Avropanı təmsil edəcək sonuncu komandanın adı dəqiqləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə