“Trabzonspor” klubu heyətini sabiq “Qalatasaray”lı ilə gücləndirib
Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
SİA Trabzon təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Super Liqa təmsilçisi İngiltərənin “Stok Siti” klubunun yarımmüdafiəçisi Badu Ndiayeni sıralarına cəlb edib. “Trabzonspor” Ndiayeni satınalma maddəsi ilə mövsümün sonunadək icarəyə götürüb.
“Trabzonspor” bu keçidə görə “Stok Siti”yə 150 min funt-sterlinq, futbolçunun menecerinə isə 100 min avro ödəyib. Ndiayenin özü isə yeni komandasında yarım mövsüm üçün 1 milyon avro qazanacaq.
Seneqallı futbolçu “Stok Siti”yə 2018-ci ildə “Qalatasaray”dan transfer olunub. 2015-2017-ci illər aralığında “Osmanlıspor”un da şərəfini qorumuş yarımmüdafiəçi ötən mövsüm “Qalatasaray” tərəfindən icarəyə götürülmüşdü. 29 yaşlı futbolçu Seneqal yığmasında 30-a yaxın oyun keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB