"MS"-nin keçmiş futbolçusu “Şeffild Yunayted”də

"MS"-nin keçmiş futbolçusu “Şeffild Yunayted”də

İngiltərənin “Şeffild Yunayted” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

SİA adı çəkilən klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi “Mançester Siti”nin sabiq yarımmüdafiəçisi Cek Roduelli heyətinə qatıb. 28 yaşlı futbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

“Everton”un yetirməsi olan ingilis futbolçu 2012-2014-cü illər aralığında “Mançester Siti”də forma geyinib. O, “Sanderlend” və “Blekbern Rovers”də də çıxış edib. İngiltərə yığmasında 3 oyun keçirmiş yarımmüdafiəçi son klubu “Blekbern Rovers”dən ayrılandan, yəni yaydan bəri işsiz idi.

Bütün xəbərlər Facebook səhifəmizdə