Futbol üzrə ABŞ yığması regionda vəziyyətin gərginləşməsinə görə Qətərdəki təlim-məşq toplanışını ləğv edib. SİA-nın verdiyi xəbərə görə, bu barədə federasiyanın saytında yayılan bəyanatda deyilir.
"Regionda hadisələrin inkişafı ilə əlaqədar ABŞ yığması yanvarda məşq toplanışının keçirilməli olduğu Qətərə səfəri təxirə salmağa qərar verib", - deyə federasiyanın saytında bildirilir.
Qətərdə keçirilməli olan 20 günlük toplanış yanvarın 5-də başlanmalı idi. ABŞ Futbol Federasiyası ən yaxın matçlara hazırlıq üçün başqa meydançalar axtarır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB