Yurçeviçdən Azərbaycan millisindəki fəaliyyəti haqda yeni fikirlər

Yurçeviçdən Azərbaycan millisindəki fəaliyyəti haqda yeni fikirlər

Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç vida mesajı yazıb.

SİA xəbər verir ki, xorvatiyalı mütəxəssis özünün "Feysbuk" səhifəsi vasitəsilə yığmamızla sağollaşıb.Hazırda Zaqrebdə istirahət edən N.Yurçeviç yazıb:

"Avro-2020-nin seçmə mərhələsində Azərbaycan millisinə liderlik etdim. Mənim üçün böyük mübarizə oldu, hər andan həzz aldım. Hər kəsə təşəkkür etmək istəyirəm: futbolçulara, köməkçilərə, dəstəkçilərə, AFFA-ya... İndi yeni fürsətlər üçün səbirsizlənirəm".

Qeyd edək ki, yığmamız Nikola Yurçeviçin rəhbərliyi altında Avropa çempionatının seçmə mərhələsində keçirdiyi 8 matçda cəmi 1 xal toplayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə