“Fənərbaxça”da alman məşqçi

“Fənərbaxça”da alman məşqçi

Türkiyənin “Fənərbaxça” klubunda məşqçi dəyişikliyi baş verib.

SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi qapıçılarla iş üzrə məşqçisi Alper Boğuşlu ilə yollarını ayırıb.

Ayrılığın səbəbi açıqlanmasa da Boğuşluya xidmətlərinə görə təşəkkür edilərək, ona gələcək karyerasında uğurlar arzulanıb.

Klubun rəsmi saytının yaydığı digər məlumata görə, artıq “Fənərbaxça” həmin posta yeni məşqçi də gətirib. Bundan sonra İstanbul təmsilçisinin əsas komandasının qapıçılarla iş üzrə məşqçisi Marko Knoop olacaq. Almaniyalı mütəxəssisin son iş yeri Dortmund “Borussiya”sının ikinci komandası olub. O, daha öncə “Leyptsiq” və “Bohum”da da çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə