Sulşer: Komandanın formasını qoruyub saxlaya bilsək, bir-iki yeni futbolçu ilə gücləndirsək, sağlam rəqabət olacaq

Sulşer: Komandanın formasını qoruyub saxlaya bilsək, bir-iki yeni futbolçu ilə gücləndirsək, sağlam rəqabət olacaq

"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşer transfer planları haqda danışıb.

SİA "sports.ru" saytına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis çox futbolçu almaq istəmədiklərini deyib: "Mən həmişə nikbinəm. Oyunçularımızı formada saxlaya biləcəyimizə ümid edirəm. Əgər uyğun futbolçular olarsa, transfer edərik. Bunun üçün maddi gücümüz var. Rəhbərlik də məni dəstəkləyir. Amma bu, yalnız komandaya uyğun olan oyunçuları transfer etmək üçün keçərlidir. Sırf transfer xatirinə hansısa futbolçunu almağın mənası yoxdur. Bu, komanda daxilindəki münasibətləri poza bilər. Komandanın formasını qoruyub saxlaya bilsək, bir-iki yeni futbolçu ilə gücləndirsək, sağlam rəqabət olacaq".

Qeyd edək ki, "qırmızı şeytanlar" hazırda Premyer Liqanın turnir cədvəlində 31 xalla 5-ci yer tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə