Qadın voleybolçulardan ibarət Azərbaycan millisi komandası ilk yoxlama matçında “Fənərbağça” ilə heç-heçə edib
Türkiyədə təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama matçını keçirib. Yığmamız İstanbulda “Fənərbağça” ilə üz-üzə gəlib.
SİA xəbər verir ki, qarşılaşma voleybolçularımız üçün yaxşı başlayıb. Təmsilçimiz ardıcıl 2 setdə rəqibindən üstün olub – 25:22, 25:23.
Ardınca baş məşqçimiz Vasif Talıbov ehtiyat qüvvəyə də şans verib. Bundan istifadə edən rəqib hesabı bərabərləşdirib – 25:17, 25:23.
Komandalar qarşılıqlı razılığa əsasən tay-breki oynamayıblar. Yığmamız Vasif Talıbovun rəhbərliyi altında ilk qarşılaşmadan 2:2 hesablı heç-heçə ilə ayrılıb.
Qeyd edək ki, Olimpiya təsnifat turnirinə hazırlaşan millimiz qardaş ölkədə daha bir sınaq oyunu keçirəcək. Rəqib “Türk Hava Yolları” olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB