Futbol üzrə milli komandamızın sabiq çalışdırıcısı Robert Prosineçki karyerasını yenidən Türkiyədə davam etdirəcək. Türkiyə mətbuatının yazdığına görə, xorvatiyalı mütəxəssis “Kayserispor”un sükanı arxasına keçməyə yaxındır.Tərəfər arasında tam razılıq əldə olunub. Klubun yaxın vaxtarda bununla bağlı rəsmi açıqlama yayacağı bildirilir.
Qeyd edək ki, Prosineçki millimizin baş məşqçi vəzifəsinə namizəd idi. 2012-2013-cü illərdə də Kayseri təmsilçisini çalışdıran 50 yaşlı mütəxəssis 2014-2017-ci illərdə yığmamızın baş məşqçisi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB